Müğənni Rəqsanə İsmayılova yeni fotosessiyası ilə diqqət çəkib.
Sənətçi görüntülərini şəxsi sosial media hesabında izləyiciləri ilə bölüşüb.
İfaçı fotoları "Zəriflik səssiz bir gücdür" qeydi ilə paylaşıb.
Rəqsanə bu dəfə qara libas və eyni tonda şlyapa ilə kamera qarşısına keçib.
Onun fərqli tərzi və iddialı görünüşü sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, müğənni paylaşımı ilə yanaşı, ötən günlərdə yeni layihələr üzərində çalışdığını bildirmişdi.(Yenisabah.az)