AZ

Aİ nin Rusiyaya yeni SANKSİYA PAKETİ açıqlandı Siyahıda “Nizami Gəncəvi” tankeri də var KONKRET

Konkret.az saytından alınan məlumata görə, ain.az bildirir.

Avropa İttifaqı Rusiyaya qarşı on səkkizinci sanksiyalar paketini qəbul edib. Bu paketin tərkibinə 105 tanker daxil edilib, o cümlədən Azərbaycan gəmisi “Nizami Gəncəvi” də yer alıb.

KONKRET.az xəbər verir ki, 2006-cı ildə inşa edilmiş “Nizami Gəncəvi” (IMO 9369617, MMSI 273314230) hazırda Rusiya bayrağı altında fəaliyyət göstərir. Gəminin hazırkı yeri Xəzər dənizi kimi göstərilir. Balticshipping adlı ixtisaslaşmış mənbənin məlumatına görə, tanker Palmali Shipping Service şirkətinə məxsusdur.

Lakin, haqqin.az ilə söhbətində Palmali Holding şirkətinin mətbuat katibi Fidan Bayraməliyeva bildirib ki, şirkətin heç bir tankeri Avropa İttifaqının sanksiyalar siyahısına daxil edilməyib və hazırda şirkətin mülkiyyətində “Nizami Gəncəvi” adlı tanker yoxdur.

Qeyd olunur ki, həmin tanker 2006-cı ildə “Lənkəran” adı ilə Palmali şirkətinə məxsus olub, lakin sonradan başqa bir şirkətə satılıb və adı dəyişdirilib.

Natiq Səlim,

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
1
konkret.az

2Mənbələr