AZ

"Yuventus" Amrabatı transfer hədəfi kimi müəyyənləşdirib

“Fənərbağça”nın futbolçusu Sofyan Amrabat karyerasını yenidən İtaliyada davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, mərakeşli futbolçunun xidmətində "Yuventus" klubu maraqlıdır.

Turin təmsilçisinin baş məşqçi İqor Tudor 28 yaşlı oyunçunu heyətində görmək istəyir. Lakin “Fənərbağça”nın Amrabat üçün müəyyən etdiyi 20–25 milyon avroluq qiymət və futbolçunun illik 5 milyon avro əməkhaqqı tələbi transferin reallaşmasını çətinləşdirə bilər. Hazırda tərəflər arasında danışıqlar davam edir.

Amrabat daha əvvəl “Fiorentina”, “Mançester Yunayted” və digər klubların formasını geyinib. Onun İstanbul təmsilçisi ilə hazırkı müqaviləsi 2028-ci ilə qədər qüvvədədir.

Seçilən
30
90deqiqe.az

1Mənbələr