AZ

Məzuniyyətə gələn əsgəri maşın vurdu

Quba rayonunun Rustov kəndi ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, hərbi xidmətdən məzuniyyətə gələn əsgər, rayonun Rustov kənd sakini 18 yaşlı Bayramov Pərvin Pərviz oğlunu avtomobil vurub.

    O müxtəlif dərəcəli xəsarətlər alaraq Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, hazırda tibbi yardım göstərilir.

    TƏBİB-dən verilən məlumata görə 2006-cı il təvəllüdlü şəxsə sol qamış sümüyünün qapalı sınığı, 3-4-5-ci qabırğaların sınığı və başın açıq yarası diaqnozu təyin olunub.

    Müalicəsi Travmatologiya şöbəsində davam etdirilən şəxsin vəziyyəti orta ağır qiymətləndirilir.

    Faktla bağlı araşdırma aparılır.

    Seçilən
    28
    5
    metbuat.az

    6Mənbələr