AZ

İsrail Qəzzaya humanitar yardımın aviadaşımalarını bərpa edəcək

BAKI, 27 iyul. TELEQRAF

İsrail Qəzza zolağına humanitar yardımın aviadaşımalarını bərpa etməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə İsrail ordusundan məlumat verilib.

Məlumata görə, prosesə İsrail hökumətinin Fələstin Ərazilərində Fəaliyyətlərin Əlaqələndirilməsi İdarəsi və dövlətin Hərbi Hava Qüvvələri rəhbərlik edəcək.

Bildirilir ki, Birləşmiş Millətlər Təşkilatının konvoylarının təhlükəsiz keçməsi üçün xüsusi humanitar dəhlizlər yaradılacaq.

Seçilən
39
teleqraf.com

1Mənbələr