Bakı. Trend:
2025/2026 mövsümündə Azərbaycan Premyer Liqasında çıxış edəcək"Karvan" klubu növbəti transferini reallaşdırıb.
Trend xəbər verir ki, Yevlax təmsilçisi Şri Lanka millisininüzvü Samuel Durrant ilə 1 illik müqavilə imzalayıb.
23 yaşlı yarımmüdafiəçi karyerasına İngiltərənin “Liverpul”klubunda başlayıb. O, daha sonra “Blakbörn” (İngiltərə), “Dundalk”(İrlandiya) və “Connahs Quay” (Uels) klublarının formasınıgeyinib.
Durrant Şri Lanka milli komandasında 7 oyuna çıxıb.