“Holştayn”ın yaponiyalı mərkəz hücumçusu Syuto Matino bundan sonra Mönhenqladbax “Borussiya”sının uğurları üçün çalışacaq.
Arena.az bu barədə “Borussiya”nın rəsmi saytına istinadən məlumat verir.
Tərəflər 4 illik – müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.
Keçid alman klubuna 8 milyon avro məbləğ müqabilində başa gəlib.
Syuto Matino “İokohama F. Marinos”un məzunudur. Hücumçu, karyerası ərzində “Qiravantsu Kitakyusyu”, “Sönan Belmare” və “Holştayn” üçün çıxış edib.
Geridə qalmış mövsümdə Marino “Holştayn” üçün 34 oyuna çıxıb, 12 qol vurub, 3 məhsuldar ötürmə verib.
Matino 2022-ci ilin iyul ayında dübüt etdiyi Yaponiya yığmasının heyətində 8 oyuna 4 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 25 yaşlı yapon mərkəz hücumçusunun transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.