"Qarabağ" klubu sosial şəbəkə səhifəsində sirli paylaşımı ilə gündəm olub.
Offsideplus.az xəbər verir ki, videoda "12 nömrəmizi qarşılamağa hazırsan?" yazılıb. Görüntülərdə at başı geyinmiş şəxsin olduğu diqqət çəkir.
Böyük ehtimalla, Ağdam təmsilçisi "12" nömrə ilə azarkeşləri coşduracaq yeni maskotunu tezliklə təqdim edəcək.