AZ

Trampın şəxsi təyyarəsi ilə bağlı razılaşma gələn həftə yekunlaşacaq

BAKI, 27 iyul. TELEQRAF

Birləşmiş Ştatlar və Qətər gələn həftə ABŞ Prezidentinin təyyarəsi - "Air Force One" kimi istifadə edilmək üçün nəzərdə tutulmuş Boeing 747-8-in bağışlanması ilə bağlı razılaşmanı yekunlaşdıra bilər.

Teleqraf xəbər verir ki, “Washington Post” mənbələrinə istinadən belə məlumat yayıb.

Qəzetin əldə etdiyi rəsmi yazışmalara görə, Doha təyyarəni ABŞ Müdafiə Nazirliyinə bağışlayacaq, bundan sonra onun saxlanması üçün məsuliyyət Pentaqona keçəcək.

Bununla belə, anonim mənbənin sözlərinə görə, Pentaqon müqaviləyə kiçik dəyişikliklər edilməsini xahiş etdikdən sonra saziş hələ də yekun təsdiqini gözləyir.

Seçilən
85
teleqraf.com

1Mənbələr