AZ

Türkiyədə meşə yanğınları səbəbindən minlərlə insan təxliyə edilib

Bakı. Trend:

Türkiyənin Bursa, Uşak, Karabük və Kahramanmaraş vilayətlərindəmeşə yanğınları başlayıb.

Trend-inməlumatına görə, yanğınlara havadan və qurudan genişmiqyaslımüdaxilə işləri həyata keçirilir. Güclü külək yanğının daha dagenişlənməsinə səbəb olub.

Bursa: Üç rayonda yanğın səbəbindən bəzi magistral yollar, ocümlədən Bursa dairəvi yolu nəqliyyatın hərəkəti üçün bağlanıb.Nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib ki,Kestel rayonundakı iki kənddən 1300-dən çox insan təxliyəedilib.

Uşak: Təhlükəsizlik məqsədilə bir kənd və iki məhəllə təxliyəolunub. Bəzi evlərin yanğından zərər gördüyü qeyd edilir.

Karabük: Bu vilayətdə yanğınla mübarizə artıq dörd gündür davamedir. Hazırkı vəziyyətə görə, 18 kənd və 50 məhəllə boşaldılıb.

Kahramanmaraş: Yanğın nəticəsində 3 ev yanıb, 130 nəfər isətəhlükəsiz ərazilərə təxliyə edilib.

Yanğınların tam söndürülməsi və vətəndaşların təhlükəsizliyinintəmin olunması istiqamətində tədbirlər davam etdirilir. Rəsmiqurumlar vətəndaşları təxliyyə planlarına əməl etməyə və rəsmixəbərdarlıqlara diqqət yetirməyə çağırır.

Seçilən
75
az.trend.az

1Mənbələr