Bakı. Trend:
İsveçli hücumçu Viktor Qyökereş İngiltərənin “Arsenal” klubunatransfer olunub.
Trend-inməlumatına görə, bu barədə London klubunun mətbuat xidməti məlumatyayıb.
Məlumata əsasən, Portuqaliyanın “Sportinq” klubundan transferolunan Qyökereş üçün “Arsenal” 63,5 milyon avro ödəyib. Bundanəlavə, Lissabon təmsilçisi 10 milyon avro məbləğində bonus da əldəedəcək.
27 yaşlı hücumçu “Arsenal”da əfsanəvi futbolçu Tyerri Anrinindaşıdığı 14 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, Qyökereş 2023-cü ildən “Sportinq”in heyətindəçıxış edib. O, 2023/24 mövsümündə Portuqaliya çempionatında 33oyuna 29 qol, əvvəlki mövsümdə isə 33 oyuna 39 qol vuraraqbombardir olub. İsveç milli komandasının heyətində isə 26 matçda 15qolun müəllifidir.