AZ

Pentaqon rəhbərinə poliqrafdan istifadə qadağan edildi

BAKI, 27 iyul. TELEQRAF

ABŞ-nin müdafiə naziri Pit Heqset Pentaqondakı yaxın çevrəsindən mediaya məlumat sızdıran insanları axtarmaq üçün poliqrafdan istifadə edib.

Teleqraf xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Washington Post” qəzeti yazıb.

Lakin Vaşinqton administrasiyasının nümayəndələrinin əmri ilə bu təcrübədən əl çəkməli olub.

Qəzet yazır: "Müdafiə naziri Pit Heqsetin mediaya məlumat sızdıran insanları tapmaq üçün poliqrafiya testlərindən istifadə etməsi Ağ Evin əmri ilə dayandırılıb".

Mənbələrinin bildirdiyinə görə, 2025-ci ilin aprelində P.Heqsetin komandası Pentaqon rəhbərinin yaxın ətrafı arasında poliqrafiya testləri keçirməyə başlayıb. Nəşrin mənbələrinə görə, müdafiə nazirinin müşaviri Patrik Uiver Ağ Ev nümayəndələrinə onun tezliklə müvafiq sınaqdan keçməli olacağı ilə bağlı narahatlığını bildirib. Bundan sonra "administrasiyaya yaxın şəxs" Pentaqonla əlaqə saxlayıb, lakin onun adı və vəzifəsi açıqlanmayıb.

Aprel ayında ABŞ Prezidenti Donald Trampın administrasiyasından mediada bir neçə böyük məlumat sızması baş verib. Məsələn, Müdafiə Departamentində baş verən bir sıra qalmaqallardan sonra müdafiə nazirinin müavini Kolin Kerroll, Pentaqonun Baş Qərargah rəisinin müavini Derin Selnik, katibin müşaviri Den Kolduell və departamentin keçmiş mətbuat katibi Con Elliott vəzifələrini itiriblər.

Seçilən
71
8
teleqraf.com

9Mənbələr