Bakı. Trend:
Türkiyənin Bursa vilayətində baş verən iri meşə yanğınlarıəhalinin yaşadığı ərazilərə qədər yayılıb.
Trend-in verdiyixəbərə görə, ölkənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyibildirir ki, alovun qarşısını almaq üçün yanğınsöndürənlər bütüngecəni fasiləsiz çalışacaqlar.
Yanğınlar artıq Türkiyənin şimal-qərb bölgəsində yerləşən beşvilayəti – Eskişehir, Balıkesir, İzmir, Afyonkarahisar və Manisavilayətlərini əhatə edib.
Bəzi yerlərdə güclü küləklər yanğının sürətlə yayılmasına səbəbolub və təxliyə tədbirləri həyata keçirilib.
Qeyd edək ki, bundan əvvəl sosial şəbəkələrdə yanğının RusiyanınTürkiyədə inşa etdiyi “Akkuyu” Atom Elektrik Stansiyası ətrafınayayıldığı barədə iddialar yer almışdı. Lakin bu məlumat hələlikrəsmi şəkildə təsdiqlənməyib.
Yanğınla mübarizə məqsədilə havadan və qurudan genişmiqyaslıəməliyyatlar davam etdirilir. Rəsmi qurumlar vətəndaşlarıtəhlükəsizlik tədbirlərinə riayət etməyə və təxliyə təlimatlarınaəməl etməyə çağırır.