BAKI, 27 iyul. TELEQRAF
“ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişənin həllində maraqlıdır. O, müharibənin dayandırılması üçün konkret addımlar atmaq istəyir”.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio “Fox News” kanalına müsahibəsində bildirib.
Amerika rəsmisi deyib: “Tramp Rusiya lideri Vladimir Putinlə danışıqlarının heç bir fayda verməməsindən məyusdur. Hərəkətə keçməyin vaxtı çatıb və prezident bunu çox açıq şəkildə ifadə edib. Onun səbri tükənir".
İyulun 14-də Tramp bəyan edib ki, əgər Vaşinqton və Moskva 50 gün ərzində Ukraynada münaqişənin nizamlanması ilə bağlı razılığa gələ bilməsələr, ABŞ Rusiya və onun ticarət tərəfdaşlarına təxminən 100 faiz idxal rüsumları tətbiq edəcək. O, həmçinin qeyd edib ki, Vaşinqton Kiyevə silah və hərbi texnika ötürməyə davam edəcək. Avropa bu cür təchizatların pulunu ödəyəcək. Ağ Ev rəhbəri NATO-nun bu prosesi koordinasiya edəcəyini də ifadə vurğulayıb.