AZ

Pentaqonda məlumat sızmalarına görə poliqraf yoxlamaları dayandırılıb

Bakı. Trend:

ABŞ Müdafiə naziri Pit Heqsetin mətbuata məlumat sızdıranşəxsləri aşkar etmək məqsədilə yaxın ətrafını poliqraf (yalandetektoru) yoxlamasından keçirməsi Ağ Evin müdaxiləsi ilədayandırılıb.

Trend-inWashington Post qəzetinə istinadən verdiyi məlumata görə, Ağ Ev buyanaşmanı uyğun hesab etməyərək Heqsetə poliqraf istifadəsinidayandırmaq göstərişi verib.

Xatırladaq ki, 2024-cü ilin aprel ayında Prezident DonaldTrampın administrasiyası bir neçə ciddi informasiya sızması iləqarşı-qarşıya qalmışdı. Mətbuata yayılan gizli məlumatlar xüsusiləPentaqon daxilində böyük rezonansa səbəb olub.

Nəticədə, Müdafiə Nazirliyində bir sıra yüksək vəzifəli şəxslərvəzifədən azad edilib. Onlar arasında Müdafiə nazirinin müaviniKolin Kerroll, nazirin aparat rəhbərinin müavini Darin Selnik,katibin müşaviri Den Kolduel və nazirliyin keçmiş mətbuat katibiCon Elliott da yer alıb.

Hadisə Tramp administrasiyasında informasiya təhlükəsizliyi vədaxili etimad məsələlərinin yenidən gündəmə gəlməsinə səbəbolub.

Seçilən
68
az.trend.az

1Mənbələr