Bakı. Trend:
Rusiya ilə Ukrayna arasında davam edən münaqişənin həlliistiqamətində liderlərin bir araya gəlməsi üçün danışıqlar davametdirilir.
Trend-inməlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri HakanFidan İstanbulda keçirilən Balkan Sülh Platformunun birincitoplantısından sonra mətbuata verdiyi açıqlamada bildirib.
Nazir qeyd edib ki, son günlərdə tamamlanan üçüncü raunddanışıqlarda əsas gündəm maddələrindən biri məhz liderlərin görüşüolub:
“Bu günə qədər danışıqlar üç əsas istiqamət üzrə aparılıb:humanitar məsələlər, atəşkəs və liderlərin görüşü. Hər görüşdə dahaçox əsirin, yaralının və məhkumun dəyişdirilməsi ilə bağlı razılığagəlinir. Hazırda isə liderlərin görüşünün vaxtı və formatı iləbağlı müzakirələr davam edir”.
Nazir həmçinin Balkan Sülh Platformunun iclası barədə dədanışıb. Onun sözlərinə görə, toplantıda ölkələrin Avropaİttifaqına inteqrasiyası, regional əməkdaşlıq və ortaq maraqlarəsasında atıla biləcək addımlar müzakirə edilib.
Hakan Fidan vurğulayıb ki, Türkiyə həm beynəlxalq vasitəçi, həmdə bölgədə sülhün və sabitliyin təminatçısı kimi bu prosesdə fəaliştirakını davam etdirəcək.