AZ

Şevçenko tarixin ən yaxşı futbolçusunun adını açıqladı

BAKI, 27 iyul. TELEQRAF

Ukrayna Futbol Assosiasiyasının prezidenti və "Milan"ın əfsanəsi Andrey Şevçenko Lionel Messini tarixin ən yaxşı futbolçusu hesab edir.

Teleqraf xəbər verir ki, ukraynalı sabiq futbolçu “Sky Sports”a müsahibəsində maraqlı açıqlamalar verib.

Şevçenko bildirib: “Messi tarixin ən yaxşı futbolçusudur? Mənim üçün bəli. O, Pele və Maradonadan fərqli bir dövrdə oynayır, Messi Argentinanın simvoludur. O, əfsanədir, bütün zamanların ən yaxşılarından biridir. Biz onu Pele və Maradona ilə müqayisə edirik.

Messi kimi driblinq edib qol vura bilən oyunçu tapmaq çətindir. O, 21-ci əsrin hücumçusunun mükəmməl prototipidir”.

Xatırladaq ki, Messi "Qızıl top"ların sayına görə dünya rekordçusudur. Argentinalının səkkiz belə mükafatı var.

Seçilən
50
1
teleqraf.com

2Mənbələr