Bakı. Trend:
Hazırda Serbiya ərazisində açıq sahələrdə 100-dən çox meşəyanğını aktiv olaraq davam edir.
Trend-inməlumatına görə, bu barədə Serbiyanın Daxili İşlər Nazirliyiaçıqlama yayıb.
Ən çox təhlükə altında olan bölgələr Niş, Vranye, Kraquyevaç,Priyepolye, Mali Zvornik, Uyiçe və Kruşevaç şəhərləri yaxınlığındayerləşir. Yanğınların söndürülməsi üçün ölkənin müxtəlifbölgələrindən 500-dən çox yanğınsöndürən və xilasedici, həmçinin150-yə yaxın müxtəlif təyinatlı texnika səfərbər olunub.
Hazırda 230-dan çox tikili yanğından qorunmaq məqsədilə mühafizəaltına alınıb.
Bundan əlavə, Monteneqro ərazisində baş verən yanğının Serbiyayakeçmə riski də mövcuddur. Xüsusilə Monteneqronun sərhədindəyerləşən Kamena Qoraya doğru irəliləyən alov səbəbindən SerbiyanınPriyepolye bələdiyyəsi ərazisində fövqəladə vəziyyət elanedilib.