AZ

Tailand Kamboca ilə atəşkəs razılaşmasını təsdiqlədi

Tailandın baş naziri vəzifəsini icra edən, baş nazirin müavini və daxili işlər naziri Phumtham Veçaiçai bir şərtlə Kamboca ilə barışıq bağlamaq barədə razılığa gəldiyini açıqlayıb.

Pulika.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

"Mən ABŞ Prezidenti Donald Trampla söhbət etdim, o, Tailand və Kambocanın dərhal atəşkəs əldə etməsini tələb etdi. Mən Prezident Trampa narahatlığına görə təşəkkür etdim və qeyd etdim ki, Tayland ümumilikdə atəşkəslə razılaşır. Bununla belə, Tailand Kambocadan səmimi niyyət görmək istərdi", - Veçaiçai deyib.

O, Amerika prezidentindən atəşkəs və sonradan münaqişənin sülh yolu ilə həllini müzakirə etmək üçün ikitərəfli dialoq təşkil etməyi xahiş edib.

Seçilən
43
publika.az

1Mənbələr