ain.az bildirir, Avtosfer portalına istinadən.
Bakıda baş verən dəhşətli qəzanın görüntüsü anbaan kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə iyulun 26-da, paytaxtın Əbdülvahab Salamzadə küçəsinin qarşısında baş verib.
Belə ki, 10-UC-330 qeydiyyat nişanlı "Volkswagen" markalı avtomobilin sürücüsü yüksək sürətlə hərəkətdə olan zaman keçidi keçən gənc qızı vurub. Hadisə nəticəsində qız ağır bədən xəsarətləri alıb.
Videodan da aydın şəkildə görünür ki, görüntünü qeydə alan avtomobilin sürücüsü sürəti azaldıb yol verən zaman həmin sürücü yüksək sürətlə hərəkətinə davam edib və bu zaman qəza qaçılmaz olub.
"Yol hərəkəti haqqında" qanunda qeyd olunub ki, əgər nəqliyyat vasitəsi nizamlanmayan piyada keçidinin qarşısında dayanmışdırsa və ya sürətini azaltmışdırsa, qonşu zolaqlarda hərəkət edən digər nəqliyyat vasitələrinin sürücüləri yalnız dayanmış nəqliyyat vasitəsinin qarşısında piyadaların olmadığını yəqin etdikdən sonra hərəkəti davam etdirə bilərlər.
Fərid
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.