"ABŞ-ın vitse-prezidenti Cey Di Vens Respublikaçılar Partiyasından 2028-ci ildə keçiriləcək ABŞ prezident seçkilərinə layiqli namizəddir".
Publika.az xəbər verir ki, bunu dövlət katibi Marko Rubio "Fox News" telekanalında müsahibəsində deyib.
"Düşünürəm ki, J.D.Vens əla namizəd olardı", - siyasətçi əlavə edib.
Rubiodan 2028-ci il prezident seçkiləri ilə bağlı planları barədə soruşublar. O, birbaşa cavabdan yayınaraq diqqətini Vensə çevirib.