AZ

"Neftçi" Yunanıstan komandası ilə qarşılaşır

Polşa təlim-məşq toplanışını davam etdirən “Neftçi” bu gün növbəti yoxlama oyununa çıxacaq. 

Fanat.Az xəbər verir ki, "ağ-qaralar"ın hazırlıq çərçivəsində keçirəcəyi üçüncü matçında rəqib Yunanıstanın “Asteras" (Tripolis) komandası olacaq. 

Keltse şəhərindəki Pilkarski stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 19:00-da (yerli vaxtla 17:00) start götürəcək. 

Qeyd edək ki, əvvəlki oyunlarda “Hapoel Təl-Əviv” (1:1) və “Termalitsa Nyeçetşa” (2:2) ilə heç-heçə edən “Neftçi” sonuncu sınaq matçını avqustun 1-də AEL (Kipr) klubuna qarşı keçirəcək.

Seçilən
56
13
fanat.az

10Mənbələr