“Atletiko”nun futbolçusu Samuel Lino karyerasını Braziliyada davam etdirəcək.
Futbolpress.az xəbər verir ki, cinah müdafiəçisi “Flamenqo” ilə anlaşıb. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. “Atletiko” Linonun satışından 24 milyon avro qazanacaq.
25 yaşlı müdafiəçi ötən mövsümdə 47 oyunda 4 qol vurub, 8 məhsuldar ötürmə edib.