27 iyul - bazar gününə keçən gecə dronlar Rusiyanın Volqoqrad vilayətinə hücum edərək dəmir yolunun elektrik təchizatını kəsiblər. Hücumun miqyası və dəymiş ziyan hələ də bəlli deyil.
Moderator.az bu haqda "UNİAN"-a istinadla xəbər verir.
Qubernator Andrey Boçarov telegram-kanalında "Dronların dağıntılarının düşməsi nəticəsində Oktyabrski rayonunda dəmir yolunun təmas şəbəkəsinin elektrik təchizatı kəsilib, - deyə bildirib. Onun sözlərinə görə, itkilər barədə məlumat yoxdur.
Rusiya mətbuatı Volqoqrad vilayətində sərnişin qatarlarının “PUA hücumu səbəbindən” gecikdiyini bildirib. Volqoqrad hava limanı da bağlanıb.
Eyni zamanda, "Exilenova+" telegram-kanalının yazdığı kimi, Rusiya regionunda “düşmənin hərbi logistika üçün istifadə etdiyi mühüm dəmir yolu rabitəsini sıradan çıxarmaq üçün sistemli iş davam edir”.
Qeyd edilir ki, Rusiya rəsmilərinin telegram-da verdiyi məlumata görə, Rusiyanın qərb və cənubunda bir sıra digər bölgələrdə, o cümlədən Rostov, Bryansk, Lipetsk viulayətlərində və ilhaq edilmiş Krım ərazisində də Ukrayna pilotsuz təyyarələrinin hücumu barədə xəbərdarlıq edən hava hücumu sirenləri verilib.