Böyük Britaniyanın "AutoCar" nəşrinin ekspertləri ailələrin ehtiyaclarına ən yaxşı şəkildə uyğun gələn 10 avtomobil seçiblər. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, seçim nəticəsində ən yaxşı ailə avtomobillərinin siyahısına "BMW 3 Series Touring" universalı başçılıq edir. Bu avtomobili rəvan sürüş və idarəetmənin balansına görə tərifləyirlər. İkinci yerdə "Dacia Jogger" kompakt-veni qərarlaşıb. Modelin üstünlüklərinə optimal qiymət-keyfiyyət nisbəti daxildir. Üçüncü yeri "Volkswagen Golf" tutur. Bu avtomobil kompakt ölçülərinə baxmayaraq, geniş salona malikdir. 2025-ci ilin ən yaxşı 10 ailə avtomobili sırasında "Land Rover Defender 110", "Skoda Kodiaq", "Skoda Octavia Estate", "Toyota Corolla Touring Sports", "Kia Sorrento", MG HS və "Peugeot 5008" də yer alıblar.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta