“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim maraqlı açıqlaması ilə futbol ictimaiyyətinin diqqətini çəkib.
Arena.az məlumat verir ki, 40 yaşlı portuqal mütəxəssis daha əvvəl “qırmızı şeytanlar”ın, xidmətinə ehtiyac duymadığı futbolçularını qəbul edə biləcəyini açıqlayıb.
Söhbət 25 yaşlı ingiltərəli sol cinah hücumçusu Ceydon Sanço, 25 yaşlı braziliyalı sağ cinah hücumçusu Antoni və 21 yaşlı argentinalı sol cinah hücumçusu Alexandro Qarnaçodan gedir.
“Əgər söhbət onların komandaya qayıtmasından gedərsə, onda onlar komandaya qoşulacaqlar, çünki onlar bizim oyunçularımızdır. Əgər kluba bu oyunçular müqabilində münasib qiymət təklif edilməsə, onda onlar klubda qalacaqlar. Mən oyunçuları qəbul etməyə hazıram”, – nüfuzlu italyan jurnalist-insayder Fabritsio Romano Ruben Amorimdən sitat gətirir.
Xatrırladaq ki, geridə qalmış 2024/2025-ci illər mövsümünü Sanço “Çelsi”də icarədə keçirib. Antoni ötən mövsümün ikinci yarısını “Betis”də icarə əsasında oynayıb. Qarnaço isə komandada qalsa da, məşqçi ilə üz-göz olaraq mövsümü birtəhər başa vurub.