Şənbə günü ABŞ-ın Miçiqan şəhərində supermarketdə naməlum şəxsin bıçaqla hücumu nəticəsində azı 11 nəfər xəstəxanaya yerləşdirilib.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Associated Press“ məlumat yayıb.
Ştat polisi şübhəlinin saxlanıldığını açıqlayıb.
"Şübhəli şəxs həbsdədir. Hadisənin təfərrüatları barədə məlumat hələ də məhduddur", - açıqlamada deyilir.
Polis hadisə ilə bağlı araşdırma aparır. Hücumun motivləri və qurbanların səhhəti barədə hələlik məlumat verilmir.