AZ

"Milan" Emersonu bu kluba satdı

"Milan" Emersonu bu kluba satdıSağ cinah müdafiəçisi Emerson Royal vətəninə qayıdıb. 

Fanat.Az xəbər verir ki, braziliyalı "Milan"ı "Flamenqo"ya dəyişib. 

Məlumatı Rio de Janeyro klubunun mətbuat xidməti yayıb. 26 yaşlı futbolçunun müqaviləsinin müddəti 2028-ci ilin sonuna kimi nəzərdə tutulub. 

Emerson Royal "Milan"da cəmi bir mövsüm keçirib. Keçən yay "rossoneri" onu Londonun "Tottenhem" klubundan 15 milyon avroya alıb. "Transfermarkt"-ın məlumatına görə, "Flamenqo" müdafiəçi üçün 9 milyon avro ödəyib. 

Emerson "Milan"ın heyətində bütün yarışlarda qol vurmadan 26 oyun keçirib. “Flamenqo” Braziliya A Seriyasının turnir cədvəlində ikinci yerdədir. "Qarabağ"ın sabiq hücumçusu Juninyonun da heyətində olduğu "Flamenqo" lider “Kruzeyro”dan cəmi bir xal geri qalır.

Mirağa

Seçilən
48
1
fanat.az

2Mənbələr