Türkiyənin bəzi bölgələrindən meşə yanğınları davam edir.
KONKRET.az xəbər verir ki, bu barədə CNN TÜRK məlumat yayıb.
Ölkənin Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı naziri İbrahim Yumaklı telekanala bildirib ki, Ankaranın Eymir bölgəsindəki yanğın tamamilə nəzarət altına alınıb:
“Antalya Qazipaşa, Mersin Silifke və Antalya Serik yanğınları böyük ölçüdə nəzarət altındadır. Karabük Safranbolu, Uşak Sivaslıdakı ikinci yanğın, Kahramanmaraş Onikişubat, Bursa Harmancık və Bursa Kestel yanğınları isə hələ də davam edir.”
Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu da Bursadakı yanğınla bağlı son vəziyyəti açıqlayıb. Nazir Uraloğlu deyib ki, yanğının gücü azalıb:
“Karahıdır kəndində 2 ev yanğından zərər görüb. Gürsu və Kestel bölgələrindəki yanğının üzərində fokuslanmışıq. Sahədə 700 texnika və 1800 nəfər personal çalışır. Bursamıza və ölkəmizə keçmiş olsun. Yanğının ilk anından etibarən müdaxilə məqsədilə dərhal sahədə olduq. Orhanelidəki yanğında ciddi irəliləyiş əldə olunub, lakin tam olaraq bitdi demirik. Gürsu və Kestel tərəflərindəki yanğınlara diqqətimizi yönəltmişik. 700 texnika və 1800 nəfər sahədə işləyir.