Portuqaliya yığmasının üzvü Joao Feliks karyerasını Səudiyyə Ərəbistanda davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, "Əl-Nəsr" 25 yaşlı futbolçunu heyətinə qatmağın bir addımlığındadır. Onlar rəsmi təklifini "Çelsi"yə və futbolçunun özünə göndərib.

Tərəflərin qarşıdakı 2 gündə bu keçidi tamamlayacağı gözlənilir.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Feliksin sabiq klubu "Benfika"ya qayıdacağı düşünülürdü. Lakin "Əl-Nəsr" son anda portuqaliyalı futbolçu üçün araya girib.

Portuqaliyalı futbolçu ötən ilin yayında "Çelsi"yə transfer olmuşdu. O, mövsümün ikinci yarısını icarə əsasında "Milan"da keçirmişdi.