AZ

Bir ölər, min dirilərik...

Sosial şəbəkələrdə yayılan doğum haqqında şəhadətnamənin fotosu diqqət çəkib.

“Qafqazinfo”nun məlumatına görə, şəhadətnaməni ön plana çıxaran məqam isə yeni doğulan körpənin adının Həşimov Polad olmasıdır.

Bu ilin iyulun 23-də dünyaya gələn körpənin Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovla adaş olması maraqla qarşılanıb.

Və bir çoxunun beynində eyni fikir yaranıb: Bir ölər, min dirilərik...

Qeyd edək ki, Həşimov Polad İsrayıl oğlu 14 iyul 2020-ci il tarixdə Tovuz döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Şəhid general-mayor ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.

Seçilən
67
4
qafqazinfo.az

5Mənbələr