AZ

"Benfika" "Fənərbağça"nı 5 qollu görüşdə məğlub etdi

Portuqaliyanın “Benfika” klubu ənənəvi "Eusebio Kuboku" çərçivəsində keçirilən yoldaşlıq oyununda Türkiyə təmsilçisi “Fənərbağça” üzərində 3:2 hesablı qələbə qazanıb.

Fanat.Az xəbər verir ki, matç Lissabonun “Estadio da Luz” stadionunda baş tutub və hər iki komandanın yeni transferlərini sınaması baxımından diqqət çəkib.

Oyun gərgin keçsə də, meydan sahibləri sonda üstün tərəf olub.

"Benfika" - "Fənərbağça" 3:2

Qollar: Kerem Aktürkoğlu 37, Arçie Braun, 42-öz qapısına. Henrikr Arauxo 81 - İrfan Can Kahveci 45, Yusuf Əl Nəsri 60.

Qeyd edək ki, "Benfika" bu nəticə ilə "Eusebio Kuboku"nu muzeyinə aparıb.

Kamil Xudiyev 

 

Seçilən
21
2
fanat.az

3Mənbələr