AZ

"Crocus City Hall" terrorçularının Rusiyadan qaçması üçün pul ödənildiyi məlum olub

Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert kompleksində terror aktını törədən şəxslər Rusiyadan qaçmaq üçün təşkilatçılardan 135 min rubl (təxminən 2 900 manat) pul alıblar.

Demokrat.az xəbər verir ki, bu barədə TASS istintaq materiallarına istinadən məlumat yayıb.

İstintaqın məlumatına görə, bu məbləğ Şəmsidin Fəriduninin hesabına cinayətkar təşkilatın naməlum üzvü tərəfindən köçürülüb.

Güman olunur ki, həmin vəsait terrorçuların Rusiyadan qaçışı üçün yetərli hesab edilib.

Seçilən
41
demokrat.az

1Mənbələr