"Real Madrid"in baş məşqçisi Xabi Alonso heyətdəki bəzi oyunçularla vidalaşmağı düşünür.
Offsideplus.az xəbər verir ki, bu futbolçulardan biri də Raul Asensiodur. O, ispaniyalı mütəxəssisin planlarına daxil deyil.
X. Alonso onun "Real Madrid" səviyyəsində olduğunu düşünmür və gənc futbolçunun klubdakı gələcəyi qeyri-müəyyəndir.
Bu barədə "OkDiario" məlumat yayıb.
R. Asensio 14 yaşından bəri Madrid təmsilçisindən çıxış edir. O, ötən mövsümdən etibarən əsas komandanın üzvüdür və 46 oyunda meydanda olub.