SAXAL Qəzzanın bəzi rayonlarında taktiki fasilə elan edib
İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza zolağının bəzi rayonlarında humanitar məqsədlə hərbi əməliyyatlarda Bakı vaxtı ilə saat 11:00-dən 21:00-dək gündəlik taktiki fasilə elan edib.
Demokrat.az xəbər verir ki, bu barədə SAXAL-ın Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, fasilə SAXAL-ın əməliyyat keçirmədiyi rayonlarda - Əl-Məvasi, Deyr əl-Bələh və Qəzza şəhərində növbəti bildirişə qədər qüvvədə olacaq.