— Ahmadov (@BigAhmadov) July 26, 2025
“Akkuyu” Atom Elektirk Stansiyasının (AES)tikinti sahəsində meşə yanğınları başlayıb. Yanğının söndürülməsinə Rusiya istehsalı olan “Be-200” təyyarələri və “Mi-8” helikopterləri cəlb edilib.
![]() |
Yanğınlar Türkiyənin kurortlarına da çatıb | VİDEO |
Bundan əvvəl Türkiyə rəsmiləri ölkənin şimal-qərbində yerləşən 5 vilayətdə: Eskişehir, Balıkesir, İzmir, Afyonkarahisar və Manisada meşə yanğınlarının yaşandığı barədə açıqlama vermişdilər.
— Ahmadov (@BigAhmadov) July 26, 2025
Türkiyədə tüğyan edən meşə yanğınları həmçinin Antalya kurort şəhəri ilə yanaşı, Aksu, Muratpaşa və Manavqat qəsəbələrinə də sirayət edib.
Türkiyənin Kənd və Meşə Təsərrüfatı naziri İbrahim Yumaqlının sözlərinə görə, yanğınlar nəticəsində 10 nəfər ölüb.
Sahil İsgəndərov
AzVision.az