AZ

Peskov Rusiya-Ukrayna münasibətlərinin gələcəyindən danışdı

​BAKI, 27 iyul. TELEQRAF

"Rusiya və Ukrayna arasındakı münasibətlər Xüsusi Hərbi Əməliyyat başa çatdıqdan və onun qarşısında qoyulan vəzifələr yerinə yetirildikdən sonra formalaşacaq".

Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O, iki ölkə arasındakı münasibətlər mövzusunun "hazırda çox nəzəri bir məsələ" olduğunu vurğulayıb:

"Əvvəlcə problemi həll etmək lazımdır. Biz bu məqsədə siyasi-diplomatik vasitələrlə çatmağa üstünlük veririk, lakin Xüsusi Hərbi Əməliyyat məhz bu vasitələrin mümkünsüz olduğu şəraitdə başlayıb. Çünki həm Ukrayna, həm də Qərb tərəfi dialoq təkliflərinin hamısını rədd etmişdi".

Seçilən
37
teleqraf.com

1Mənbələr