AZ

Hindistanda məbəd yaxınlığında faciə: 8 nəfər öldü

​BAKI, 27 iyul. TELEQRAF

Hindistanın şimalında yerləşən Uttarakhand ştatının Haridvar şəhərində, bir məbəd yaxınlığında baş verən izdiham nəticəsində 8 nəfər ölüb, 34 nəfər isə xəsarət alıb.

Teleqraf xəbər verir ki, bu barədə "The Times of India" qəzeti məlumat yayıb.

Məlumata görə, minlərlə zəvvar təpənin üstündə yerləşən Mansa Devi məbədinə doğru hərəkət edirmiş. Məbədə aparan dar pilləkən yolda həddindən artıq insan sıxlığı yaranıb. İlkin məlumatlara görə, elektrik kabelinin qırılması nəticəsində zəvvarlar arasında çaxnaşma başlayıb. İnsanlar müxtəlif istiqamətlərə qaçmağa başlayıb və bunun nəticəsində izdiham yaranıb.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Seçilən
27
3
teleqraf.com

10Mənbələr