AZ

Nigeriyanın Plateau ştatında silahlı hücumlarda 15 nəfər öldürülüb

Nigeriyanın Plateau ştatında silahlı hücumlar baş verib və nəticədə 15 nəfər öldürülüb.

APA xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Silahlı hücumlar nəticəsində bir polis əməkdaşı da həyatını itirib, çox sayda insan isə yaralanıb.

Son aylar ərzində Nigeriyanın Plateau ştatında fermer və köçəri tayfalar arasında gərginlik və silahlı toqquşmalar artmaqdadır.

Qeyd edək ki, iyulun 16-da baş vermiş digər bir silahlı hücumda isə 27 fermer qətlə yetirilib.

Seçilən
15
2
apa.az

3Mənbələr