Yaponiyanın hüquqi süni intellekt startapı "LegalOn" "Goldman Sachs" rəhbərliyində 50 milyon dollar investisiya cəlb edib və "OpenAI" ilə əməkdaşlığa başlayıb
Valyuta.az xəbər verir ki, Tokio və San-Fransiskoda yerləşən hüquqi texnologiya startapı "LegalOn Technologies" müqavilələrin yoxlanmasını sürətləndirən süni intellekt aləti ilə tanınır. Şirkət "Goldman Sachs Alternatives"ın rəhbərliyi ilə keçirilən "Series E" investisiya raundunda 50 milyon dollar maliyyə cəlb edib. Beləliklə, "LegalOn"un ümumi maliyyələşməsi 200 milyon dollara çatıb.
2017-ci ildə qurulan startapın əsas məhsulu hüquqi riskləri avtomatik aşkarlayıb sıralayan və peşəkar təkliflər verən AI alətidir. Şirkət bildirir ki, bu texnologiya müqavilə analizini 85% sürətləndirə bilir. Hazırda 7 mindən çox şirkət bu texnologiyadan istifadə edir.
"LegalOn" investisiyanı ABŞ və Birləşmiş Krallıqda genişlənməyə və hüquq sahəsinə fokuslanan AI agentləri hazırlamaq üçün "OpenAI" ilə əməkdaşlığa sərf edəcək. Tərəfdaşlıq, şirkətin hüquqi məlumat bazasını "ChatGPT Enterprise" ilə birləşdirərək hüquqi komandaların iş axınını təkmilləşdirməyə yönəlib.
Sərvanə Rəmixanova