Ukrayna ordusu rusların Donetsk vilayətinin Seversk istiqamətindəki hücumunu dəf edib.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
“İyulun 25-də düşmən 2 saat ərzində 150 canlı qüvvə, 6 tank, 3 zirehli transportyor və digər xeyli sayda texnika ilə Ukrayna ordusunun Verxnekamensi və Qriqoryevkadakı mövqelərinə hücum ediblər. Nəticədə düşmənin 80 hərbçisi öldürülüb, 37 nəfər isə yaralanıb”, - məlumatda qeyd olunub.