Braziliyanın "Flamenqo" klubu "Milan"dan Emerson Royalı transfer etdiyini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, "qırmızı-qaralar" 26 yaşlı futbolçu üçün İtaliya nəhənginə 9 milyon avro ödəyəcək. Onunla 3 illik müqavilə imzalanıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
E. Royalla "Beşiktaş" da maraqlanırdı. Lakin son anda "Flamenqo" araya girərək onu heyətinə cəlb edib.