AZ

Çalhanoğlu nə ''Qalatasaray''a gələsi oldu, nə də ''Fənərbaxça''ya

Belə görünür, İstanbul nəhənglərindən heç biri bu mövsüm Hakan Çalhanoğlunu Türkiyəyə gətirə bilməyəcək.

Məlum olduğu kimi Türkiyə yığmasının və ''İnter''in ulduzu əvvəlcə ''Qalatasaray''ın, sonra da ''Fənərbaxça''nın ciddi diqqət mərkəzinə düşmüşdü. Amma ''İnter''in onların hər ikisindən 30 milyon avro tələb etməsi belə desək, məsələni yoxuşa yönəldib. Onların heç biri yığmanın 31 yaşlı kapitanına görə bu məbləği ödəmək istəməyiblər.

Çalhanoğlunun meneceri Qordon Stipiç-Vipfler Türkiyə mətbuatına açıqlamasında bunları deyib:
''Transfer dönəmində bir çox telefon danışıqları, görüşlər olur. Bunlarla paralel çox xəbərlər ortaya atılır. Xüsusilə də sosial şəbəkələrdə. Bunlar normal şeylərdi. Amma bu müddətdə qərar verməli olan şəxslər arasında daha düzgün və şəffaf əlaqə olmalıdı. Hakanın transferi mövzusunda adı hallanan klublar və ortaya atılan iddialara əsasən deyə bilərəm ki, ortada heç bir rəsmi görüş baş tutmayıb. ''Fənərbaxça'' rəsmiləri ilə də görüşümüz olmayıb. Bu iddiaların heç bir əsası yoxdu. Eləcə də nə mən, nə də Hakan özü ''Qalatasaray''la görüşüb. O, gələn mövsüm ''İnter''də qalacaq''.
Onu da bildirək ki, ünlü futbolçu hazırda Türkiyədədi. O, özü kimi əslən Bayburtdan olan ''Qalatasaray''lı iş adamı Dinçer Azaphana atasının ölümü ilə bağlı başsağlığı verməyə gəlib.
Seçilən
15
1
football-plus.az

2Mənbələr