AZ

ABŞ də sərnişin təyyarəsi hava limanında alovlandı

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-də sərnişin təyyarəsində yanğın baş verib.

Oxu.Az aif.ru-ya istinadla xəbər verir ki, ABŞ-nin Kolorado ştatının Denver Beynəlxalq Hava Limanında "American Airlines" şirkətinə məxsus "Boeing 737 Max" sərnişin təyyarəsinin göyərtəsində yanğın baş verib.

Məlumata görə, problem uçuş zamanı meydana gəlib. Mayami istiqamətində hərəkət edən təyyarədə qəfildən şassi hissəsi alışıb.

Göyərtədə altı ekipaj üzvü və 173 sərnişin olub. Bütün sərnişinlər təcili şəkildə təyyarədən təxliyə ediliblər.

Təcili yardım xidmətlərinin məlumatına əsasən, beş nəfər yüngül xəsarət alıb, bir sərnişin isə xəstəxanaya yerləşdirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
116
2
oxu.az

10Mənbələr