2025/2026-cı illər mövsümündə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “İmişli” 2 futbolçusu ilə müqavilə müddətini uzadıb.
Arena.az xəbər verir ki, əyalət klubu Elmir Rəhimzadə və Lətif Rzayevi də heyətində saxlamağa qərar verib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, Elmir Rəhimzadə ilə 1, Lətif Rzayevlə 2 illik yeni sözləşmə imzalanıb. Hər iki futbolçu yarımmüdafiəçi mövqeyində çıxış edir.
Xatırladaq ki, “İmişli” daha öncə Həzrət İsayev, Mehdi Tahirov, İdris İnqilablı, Andrey Sinenka, Vüsal Qənbərov və Dioqo Vaskes Rollo ilə də yeni müqavilə bağlamışdı. Xəlil Bəşirov, Firəddin Abdullayev, Elməddin Sultanov, Tolqar Yaqubov, Nəbi Məmmədov, Timilehin Oluvaseun, Fazil Həsənzadə, Seyxan Fərəcov, Gilyerme Silva, Pablo Henrike, Xəyal Tomarov, Cavidan Qasımlı və Rəhim Osman komandanı tərk ediblər. Gedənlərin əvəzində Azər Salahlı, İbrahim Əliyev, İmam Əli, Ronaldo Rodriqes, Rafael Vyeqas, Hüseynəli Quliyev və Ezekiel Morqan bölgə təmsilçisinə cəlb edilib.