AZ

KİV: Qəzzada İsrailin hava hücumları nəticəsində azı 19 nəfər həlak olub

​BAKI, 27 iyul. TELEQRAF

Səhər saatlarından etibarən Qəzzada İsrail hücumları nəticəsində ən az 19 nəfər həlak olub.

Teleqraf xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Bildirib ki, ölənlər arasında səkkiz nəfər yardım işçisi də var.

Qeyd edək ki, İsrail ordusu Qəzzada pisləşən aclıq böhranı fonunda humanitar yardımların artırılmasına şərait yaratmaq üçün Əl-Mavasi, Deyr əl-Bəlah və Qəzza şəhərində yerli vaxtla səhər saat 10:00-dan axşam 8:00-a qədər humanitar atəşkəs elan edib.

Seçilən
27
teleqraf.com

1Mənbələr