“Hərəkət etmək vaxtıdır və düşünürəm ki, prezident bunu çox açıq şəkildə ifadə edib. O, səbrini itirir və Rusiya tərəfinin bu müharibəni bitirmək üçün hər hansı addım atmasını gözləməyə davam etməyə getdikcə daha az hazırdır”,- Rubio bildirib.
Bundan əvvəl “The Sunday Telegraph” nəşri Böyük Britaniyanın baş naziri Kir Starmerin Trampla şəxsi görüşü zamanı Ukraynadakı münaqişəyə son qoymağın yollarını müzakirə etmək niyyətində olduğunu yazıb. Jurnalistlərin fikrincə, Böyük Britaniyanın baş naziri gələcəkdə Ukraynaya dəstək məsələsini də qaldıracaq.
![]() |
Polşa Trampa necə təsir göstərə bilib? | VİDEO |
Xatırladaq ki, iyulun 25-də Türkiyənin Xarici İşlər naziri Hakan Fidan Ankaranın Moskva ilə Kiyev arasındakı münaqişənin həlli prosesində “tunelin sonunda işıq görməyə” ümid etdiyini bildirib.
- İstanbul danışıqlarında Rusiya və Ukrayna nümayəndə heyətləri kompromis əldə etmək istəklərini sərgiləyirlər ki, bu da yaxın gələcəkdə münaqişənin ilkin həllinin tapılmasına şərait yarada bilər”,- Türkiyə XİN-in rəhbəri deyib.
Hakan Fidan, həmçinin Rusiya-Ukrayna münaqişəsinin regional və qlobal vəziyyətə ciddi təsir etdiyini də vurğulayıb.
Sahil İsgəndərov
AzVision.az