AZ

Qəzzada “humanitar barışıq” fasiləsi elan edilib

Azvision saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

AzVision.az xəbər verir ki, İsrail ordusuna (ÇAXAL) istinad edən yerli KİV-lər belə məlumat yayıblar. İyulun 27-də saat 10:00-da Qəzzada “humanitar atəşkəs”in qüvvəyə minəcəyi daha əvvəl açıqlanmışdı. Qəzza zolağına ərzaq və dərmanın Misirdən çatdırılması gözlənilir. İyulun 26-da İsrailin baş naziri Binyamin Netanyahu Qəzza zolağında “humanitar atəşkəs” barədə qərar qəbul edib. “Atəşkəs Qəzza zolağının əhalisinə ərzaq və dərman çatdıran BMT karvanlarının və humanitar təşkilatların təhlükəsiz keçidinə imkan verəcək”, - “Ynet” nəşri vurğulayır. “Kan” telekanalı, öz növbəsində, humanitar yardım aparan yük maşınlarının artıq Misirdən Qəzza zolağına yola düşdüyünü və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) humanitar yardımı havadan göndərmək niyyətində olduğunu açıqlayıb. ÇAXAL bildirib ki, bu müddət ərzində atəşkəs bütün Zolaqda deyil, İsrail ordusunun fəaliyyət göstərmədiyi bir sıra ərazilərdə, xüsusən də cənub-qərbdə, Zolağın mərkəzində və Qəzza şəhərində tətbiq olunacaq. “Humanitar atəşkəsin” “sonrakı xəbərdarlığa qədər” təmin ediləcəyi vurğulanır. Saat 6:00-dan 23:00-dək fəaliyyət göstərən humanitar yüklərin çatdırılması üçün daimi mühafizə olunan marşrutlar müəyyən edilib. - İsraillə HƏMAS arasında razılaşmanın həyata keçirilməsindən söhbət getmir. Girovların azad edilməsi və atəşkəslə bağlı hələlik razılıq əldə olunmayıb”, - İsrail mediası xatırladır. Sahil İsgəndərov

AzVision.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
azvision.az

1Mənbələr