Hollivud aktyoru Bredli Kuper sevgilisi, supermodel Gigi Hadidə evlilik təklifi etməyə hazırlaşır.
Publika.az xəbər verir ki, bu barədə “Page Six” məlumat yayıb.
Məlumata görə, sənətçi sevgilisinə 1-2 ay ərzində evlilik təklifi edə bilər.
Cütlüyün çevrəsindən olan mənbə bildirib ki, aktyor və modelin münasibətləri getdikcə ciddiləşir. Onun sözlərinə görə, Bredli Kuper artıq "Gigi Hadid ilə evlilik və gələcək övladları haqqında düşünür".