Bakı. Trend:
ABŞ-də sərnişin təyyarəsində yanğın baş verib.
Trend xəbər verir ki, ABŞ-ninKolorado ştatının Denver Beynəlxalq Hava Limanında "AmericanAirlines" şirkətinə məxsus "Boeing 737 Max" sərnişin təyyarəsiningöyərtəsində yanğın baş verib.
Məlumata görə, problem uçuş zamanı meydana gəlib. Mayamiistiqamətində hərəkət edən təyyarədə qəfildən şassi hissəsialışıb.
Göyərtədə altı ekipaj üzvü və 173 sərnişin olub. Bütünsərnişinlər təcili şəkildə təyyarədən təxliyə ediliblər.
Təcili yardım xidmətlərinin məlumatına əsasən, beş nəfər yüngülxəsarət alıb, bir sərnişin isə xəstəxanaya yerləşdirilib.